"DÇ-2014"ün seçmə mərhələsinin oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında 3 həftəlik fasilə yaranıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kaxaber Sxadadzenin komandası yaranmış fasilədən istifadə edərək Gürcüstanın Tiflis şəhərinə yollanacaq.
Komanda avqustun 29-da Gürcüstana yollanaraq orada təlim-məşq toplanışı keçəcək. "İnter"in təlim-məşq toplanışı ayın 30-da başlayacaq və sentyabrın 9-na kimi davam edəcək.
Gürcüstan toplanışı çərçivəsində "İnter" 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. İlk oyun sentyabrın 4-ü baş tutacaq. Lakin "İnter"in bu oyundakı rəqibinin adı hələlik məlum deyil. Sentyabrın 8-i isə "İnter" Tiflisin "Dinamo" klubuyla qarşılaşacaq.
