“Mançester Yunayted”in yeni transfer hədəfi
17.06.2024 , 15:45
![](https://korner.az/wp-content/uploads/2024/06/IMG_1265.webp)
“Mançester Yunayted” yeni mövsüm üçün hazırlaşır.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu “Real Sosyedad”da çıxış edən Martin Zubimendini transfer etmək istəyir.
İngiltərə təmsilçisi oyunçu üçün 37 milyon funt-sterlinqlik ödəməyə razıdır.
Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)