Məşhur futbolçu sevgilisindən ayrıldı
04.05.2023 , 11:55

Bir müddətdir ki, türkiyəli aktrisa Devrim Özkanla bərabər olan “Qalatasaray”ın futbolçusu Lukas Torreyra sevgilisindən ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Aralarındakı problemin nə olduğu bilinməsə də, cütlüyün münasibəti çox çəkməyib.
Qeyd edək ki, bundan öncə aktrisa Türkiyə kubokunda keçirilən “Qalatasaray” – “Kastamonuspor” matçını tribunadan izləmişdi. Uruqvaylı futbolçu matç bitməmiş Özkanı İnstaqram hesabından izləməyə başlamışdı.
