“Qalatasaray”ın ulduz futbolçusu “Milan”a keçir?
04.05.2023 , 11:20

“Qalatasaray”ın yarımmüdafiəçisi Kerem Aktürkoğlu mövsümün sonunda klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, gənc futbolçu İtaliya nəhənglərindən olan “Milan”ın hədəfindədir.
Türkiyə mediasının iddiasına görə, “sarı-qırmızılılar” Kərəmin transferindən azı 15 milyon avro qazanmaq istəyir. Qarşı tərəflə bu məbləğdə razılığa gəlinsə, futbolçu yayda Milana köçəcək. Transfer olacağı təqdirdə milli ulduz 15 milyon avroluq transfer qiyməti ilə ən bahalı yerli oyunçu satışı kimi tarixə düşəcək. “Sarı-qırmızılı” klubun tarixində ən bahalı satış 16 milyon avro ilə Badou Ndiayeyə məxsusdur.
Kərəm bu mövsüm “Qalatasaray” forması ilə 33 rəsmi matçda 10 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda bitir.
