Mayın 12-də yeddi illik fasilədən sonra Almaniyada döyüşə çıxacaq Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun rəqibi məlum olub.
Korner.az-ın məlumatına görə, idmançımız erməni boksçusu Yeqişe Tovmasyanla qarşılaşacaq. Bu haqda bu gün keçirdiyi mətbuat konkfransında F.Məmmədov özü məlumat verib. Məmmədov döyüşdə iştirak etmək üçün bu həftənin şənbə günü Almaniyaya yola düşəcək.
Qeyd edək ki, Tovmasyan Macarıstanda yaşayır və Ermənistanın adından çıxış edir.