İtaliyanın "Milan" klubu "Barselona"nın malili futbolçusu Seydu Keytaya elçi düşüb. Korner.az-ın məlumatına görə, 32 yaşlı futbolçu katalonların əsas heyətinə düşməkdə çətinlik çəkir və Milan təmsilçisinin bu təklifini müsbət qarşılayıb.
Futbolçu özü əsas heyətdə oynaya biləcək komandaya getmək istədiyini açıqlayıb. Bu da daha çox "Milan"ın işinə yarayır. Lakin Keyta ilə "Liverpul" və "Anji" klublarının da yaxından maraqlanması Milan təmsilçisinin işini çətinə salır.
Qeyd edək ki, bu mövsüm "Barselona"nın heyətində 23 oyuna çıxan Keyta cəmi 2 qola imza atıb.
