Bu gün AFFA-nın Futbol akademiyasında İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Ələkbər Məmmədov və ümumittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Korner.az-ın məlumatına görə, futbol veteranları aprelin 28-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək yığmamızın üzvlərinə uğurlar arzulayıb, tövsiyələrini veriblər. Məmmədov və Rəhimov yeniyetmə futbolçuların suallarını cavablandırıblar.