Türkiyənin "Qalatasaray" klubu daha bir oyunçunu rəglərinə bağlayır. Korner.az-ın məlumatına görə, "cim-bom"un baş məşqçisi Fatih Terim "Bank Asya birinci liqasında "Giresunspor"un formasını geyinən Eren Tozlununun xidmətində maraqlı olduğunu bildirib. Gənc futbolçu isə belə bir təklifi geri çevirməyərək qəbul edib. Prinsipcə anlaşan tərəflər, yayda rəsmi müqavilə imzalayacaqlarını bildirib.
Aşağı liqada 30 oyuna çıxan Eren 12 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.