Bu gün 30-cu London Olimpiadasında qadın güləş üzrə yarışlar davam edir. Korner.az-ın məlumatına görə, ölkəmizi 55 kq-da təsmil edən Yuliya Ratkeviç 1/8 final mərhələsi çərçivəsində yunanıstanlı Mariya Prevolaraki ilə qarşılaşıb və qalib ayrılıb.
Milliləşən güləşçimiz 1/4 finalda güclü yapon Saori Yoşida ilə görüşüb və məğlub olub. Lakin Yaponiyalı idmançının finala çıxması idmançımızın bürünc medal üçün yarışmağına kömək edib.
Təsəlliverici görüşdə Ratkeviçin ilk rəqibi amerikalı Kelsi Kampbell olub. Hər iki hissədə qalib gələn idmançımız bürünc medalın həlli sayılan qarşılaşmada rusiyalı Valeriya Jolobova ilə üz-üzə gəlib. İdmançımız ilk hissədə 6:0, ikinci hisədə isə 2:1 hesabı ilə qələbə qazanan güləşçimiz ölkəmizə Londonda daha bir medal qazandırıb.
Qeyd edək ki, qadın güləşində ilk olaraq qüvvəsini sınayan Mariya Stadnik (48 kq) London Olimpiadasını 2-ci yerdə başa vurub.
