30-cu London Yay Olimpiya Oyunlarında qadın futbolçuların yarışına yekun vurulub. Korner.az-ın məlumatına görə, həlledici matçda ABŞ və Yaponiya milliləri üz-üzə gəlib.
Londonun "Uembli" stadionunda baş tutan gərgin matçın sonunda sevinən tərəf Amerika Birləşmiş Ştatlarının xanımları olub 2:1.
Qeyd edək ki, bu ABŞ yığmasının tarixində 4-cü, ardıcıl isə 3-cü olimpiya çempionluğudu.
