“Linfild” – “Qarabağ” oyunu canlı yayımda
19.08.2019 , 13:19

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.
Korner.az-a daxil olan məlumata görə, avqustun 22-si Belfastfa keçiriləcək ilk görüşün, eləcə də bir həftə sonra Bakıda baş tutacaq cavab qarşılaşmasının “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanması gözlənilir. Düzdü, ilk öncə tərəflər arasınsa razılıq əldə olsuna da, sonradan bəzi problemlər ortaya çıxıb. Ancaq bu məsələnin bugünlərdə həll olunacağı və görüşün canlı yayımlanacağı bildirilir.
Qeyd edək ki, Ş.İrlandiyadakı matç saat 22:45-də start götürəcək. (İdmanxeber.az)
