Almaniyanın cinah müdafiəçisi Filib Lam komanda yoldaşı Mario Qomezin dünya səviyyəsində futbolçu olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, AVRO-2012-yə əla başlayan bundeslimlər son olaraq Hollandiya seçməsinə 1:2 hesabı ilə qalib gəldilər. Oyundan sonra fikirlərini jurnalistlərlə bölüşən Lam bunları deyib:
"Turnir hələ başa çatmayıb. Ancaq Qomez hələ bundan yaxşılarını edəcək. Hollandiya ilə matçda 2 qol vurdu. O, qollar dünya səviyyəsində futbolçunun vura biləcəyi qollardan idi".