big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Bu mövsüm çatışmayan cəhətlərimizi də tamamlayıb, məqsədimizə nail olarıq” – MÜSAHİBƏ

14.06.2012 , 09:12

“Simurq”un kapitanı Rasim Ramaldanov klubunun saytına müsahibə verib. Korner.az həmin müsahibəni sizə təqdim edir.

– Daha 1 il “Simurq”dasız. Təəssüratlarınız necədir?
– Bəli, artıq müqaviləmin müddətini daha bir il artırdım. “Simurq”da qalmağıma çox şad oldum. Bura mənim artıq doğma evimdir. Həm rəhbərliklə, həm də Zaqatala azərkeşləri ilə yaxşı münasibətlərim var. Rəhbərliklə müzakirələr apardım və ortaq məxrəcə gələrək anlaşdıq. Hər şey artıq qaydasındadır. Digər klublardan da təkliflər var idi. Ancaq fikirləşdim ki, burda qalıb karyeramı davam etdirsəm yaxşı olar. 4 ildir “Simurq”un formasını geyinirəm. İnşallah, bu il uğurlu çıxış edib, avrokuboklara vəsiqə əldə edərik.

– Ötən mövsümü necə dəyərləndirərdiniz?
– Öz karyeram baxımından o qədərdə yaxşı keçmədi. Mövsüm ərzində zədələndim və bir neçə qarşılaşmada komandama kömək edə bilmədim. “Simurq” isə ümumilikdə pis çıxış etmədi. Nəticə istədiyimiz kimi olmasa da, bir çox iddialı kollektivlərlə başabaş mübarizə aparmağı bacardıq. Birinci dövrədə ilk “altılıq” uğrunda mübarizə apardıq. Lakin çempionatdakı fasilədən sonra müəyyən səbəblərə görə bu istəyimizə nail ola bilmədik. İnşallah, bu mövsüm çatışmayan cəhətlərimizi də tamamlayıb, məqsədimizə nail olarıq.

– Bu həftədən yeni mövsüm üçün hazırlığa start veriləcək. Komandanın təlim-məşq planı haqda nə deyərdiniz?
– Bəli, tibbi müayinədən sonra bizi gərgin məşq prosesi gözləyir. Xüsusən də fiziki hazırlıq cəhətdən üzərimizdə işləməliyik ki, çempionatın gedişində axsamayaq. İnanıram ki, bu dəfə ki təlim-məşq toplanışı bizə daha yaxşı oynamağa və nəticələr əldə etməyimizə kömək edəcək. Hazırda komandada boşluqlar çoxdur. Yeni futbolçuların cəlb olunması nəzərdə tutulub. Heyət tam və vaxtında formalaşsa daha yaxşı olacaq. Çalışmalıyıq ki, hazırlıq proqramını ən yüksək səviyyədə tamamlayıb, mübarizəyə hazır olaq.

– Kapitan olaraq komandanın yeni formalaşacaq heyəti haqqında nə düşünürsüz?
– Yəqin ki, bu dəfə ki heyətimiz ötən mövsümdən daha güclü olacaq. Çünki rəhbərlikdə bunu istəyir və planlarını bu istiqamətdə qurur. Ancaq onu qeyd edim ki, ötən mövsümdə bizim heyətimizdə yaxşı futbolçular var idi. Xüsusən komandadan ayrılan yerli oyunçular heç kəsdən geri qalmırdılar. Lakin bu rəhbərliyin və məşqçinin qərarıdır. Komandadan ayrılan yoldaşlarıma uğurlar arzulayıram. İnşallah, hər biri layiq olduqlarını komandaların formasını geyinərlər.

– Ötən mövsüm komandada məşqçi dəyişiklikləri oldu. Bu haqda nə deyərdiniz?
– Əvvəlcə onu qeyd edim ki, hər 2 məşqçi işlərini çox yaxşı bilən mütəxəssislərdir. Əsil futbol adamlarıdır. Lakin Sergey Yuranla sona qədər davam edilmədi. Ardıcıl məğlub olmağımız nəticəsində istefaya göndərildi və komanda Georgi Çixradzeyə tapşırıldı. Yeni məşqçimiz demək olar ki, hər şeyi yenidən qurdu. Oyun sistemimizi dəyişdi və nəticədə üst-üstə xallar qazanaraq turnir cədvəlini 9-cu pillədə tamamladıq.

– İstirahətinizi necə keçirdiniz?
– İstirahətimi əla keçirdim. Son turdan sonra Rusiyaya getdim. Bir çox kurort şəhərlərini gəzdim. 10 gün ərzində Soçidə, Anapada oldum. Zədəmi tam sağaltmağa çalışdım. Yüngül məşqlər etdim. İnşallah, yeni mövsümə demək olar ki, özümü tam hazır hiss edirəm. İnanıram ki, çatışmayan cəhətlərimi də təlim-məşq prosesində tamamlayıb, çempionata əla şəkildə başlayacam və “Simurq”un uğurları üçün mübarizə aparacam.

Son yazılar

To Top