Madridin "Real" klubunun futbolçusu Kristiano Ronaldo daha bir rekorda imza atıb. Korner.az-ın məlumatına görə, La Liqada 100 xal toplayan "kral" klubunun aparıcı futbolçusu çempionatda çıxış edən bütün klubların qapıçılarını məyus etməyi bacarıb.
"Malyorka" ilə oyunda da baş zərbəsi ilə fərqlənən portuqaliyalı futbolçu La Liqa tarixinə bütün oyunlarda qol vuran yeganə futbolçu kimi keçdi.