big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Futbolçular da “Neftçi”dən getmək istəyirdilər” – MÜSAHİBƏ

14.05.2012 , 06:00

“Toplu Bakı” veteran futbolçularla silsilə müsahibələrin davamı olaraq bu dəfə 77 yaşlı Çingiz İsmayılovu təqdim edir. O Şirəli Şirəliyev, Şaban Əliyev, Tofiq Bəhramov, Gündüz Cəfərov, Azay Abramaşvili, Sayad Cəbrayılov, Əli Əbilzadə kimi korifey futbolçularla birgə oynamış canlı tarixdir. Keçmiş futbolçu, jurnalist və AFFA-nın sabiq baş katibi Çingiz müəllimlə “Neftçi”nin keçmiş bazasında görüşdük:

– Əvvəlcə özünüz barədə məlumat verərdiniz…
– 1935-ci ildə Bakıda, Çəmbərəkənddə doğulmuşam. Bu yeri keçmiş bakılılar yaxşı xatırlayar. O vaxt bu ərazidə Mərkəzi Komitənin binası yerləşirdi. Məktəbə bir qədər gec, 1945-ci ildə getmişəm. Atam əsgərlikdə olduğu üçün bu bir qədər gec reallaşıb. Uşaqlığım da yaxşı keçməyib. Kasıbçılıq olub. Çörəyi kartoçkayla alırdıq. Çörək kəsən bıçağı balonda suya salırdılar ki, ona qırıntı çörək yapışmasın. 199 saylı məktəbdə oxumuşam. Futbola həvəsim də elə o vaxtlar yaranıb. İdman müəllimlərim Cavid Əmirov və Tofiq Bəhramov olub. Tez-tez yaxınlıqdakı 189 və 190 nömrəli məktəblərlə futbol oynamağa gedərdik. Axşam saat 8-9-a kimi futbol oynardıq. O vaxt top tapmaq çətin məsələ idi. Məktəbdən qayıdanda corablarımızı çıxarıb, iç-içə keçirib top düzəldər, məktəbli çantalarımızdan isə qapı tiri əvəzinə istifadə edərdik. Qapını ayaqyalın ölçürdük ki, mübahisə yaranmasın. Vaxt hesabı futbol oynayardıq. Hər bir qoldan bir isə qapıçı dəyişirdi. Lakin boyum hündür olduğu üçün daha çox qapıda mən dururdum. Biz küçə futbolunda, vəhşi futbolda yetişmişik. Ailəmiz barədə onu deyim ki, ulu babam imkanlı adam olub. O, təxminən 1860-cı ildə Qala kəndindən Bakıya gəlib. Burada üç oğluna mülk tikib. Atam Məmməd İsmayılov “3-cü Beynəlmiləl” nəşriyyatında işləyib. Əvvəlcə mürəttib olub. 1923-cü ildən mətbəənin direktoru işləyib. Müharibə vaxtında Krımda yerləşən 216-cı diviziyada mətbəə direktoru olub. Sonradan almanların bombardmanı zamanı mətbəə dağılıb və atam Bakıya qayıdıb. 1943-cü ildə Cənubi Azərbaycana gedib. Onunla olan yazıçılardan Manaf Süleymanov “Oxuduqlarım, gördüklərim, eşitdiklərim”, Əli Vəliyev isə “Samovar tustülənir” kitabında atam haqqında xatirələrini yazıb. Müharibədən sonra da o, mətbəə direktoru olub. Ümumiyyətlə, bütün nəslimiz mətbəədə işləyib.

– Belə bir ailədə futbolu seçmək çətin deyildi ki?
– Atam futbolçu olmağımın əleyhinə olub. Həmişə deyirdi ki, get oxu. Lakin sonda istəyimə çatdım. Bu da asan olmadı. Basketbola da getmişəm. 11-ci sinfi bitirəndə bəzi futbolçu dostlarım futbolu atdılar. Mən isə futbolu seçdim. Bununla belə, yaxşı danışıq qabiliyyətim olduğu üçün müsahibə verməyə “Neftçi”dən həmişə məni göndərirdilər. Açığı, o vaxt Azərbaycanca səlis danışa bilən futbolçu, demək olar yox idi. Bu həvəs nəticəsində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə sənədlərimi verdim. O vaxtlar qəzetlərdə oyunları şərh edərdim. Yazılarım tez-tez dərc olunurdu. Ona görə də mənə simpatiya bəsləyirdilər. Üstəlik, yadımdadır, bizə dərs deyən Bəxtiyar Vahabzadə həmişə o biri uşaqlardan soruşurdu: “Məlumdur ki, Çingiz idman jurnalisti olmaq istəyir. Bəs siz nə istəyirsiniz?”.

– “Neftçi”yə gəlişinizi necə xatırlayırsınız?
– 1955-ci ildə. Özü də, küçə futbolundan. O vaxt 5 yaş qrupu üzrə Bakı birinciliyi keçirilərdi. Məşqçilər məni görüb bəyəndilər və dərhal komandaya götürdülər. O vaxt peşəkar futbol oynamaq üçün həkimdən arayış gətirmək lazım idi. Bunu isə yalnız 17 yaşından sonra verirdilər. Qorxurdular ki, orqanizmə güc düşər. Qapıçı kimi öz üzərimdə çalışırdım. 1957-ci ildə anam dünyasını dəyişdi. Həmin günün axşamı “Neftçi”nin məşqçiləri gəldilər ki, bəs sabah “Ararat” komandası ilə oynayırıq, qapıçımız yoxdur. “Neftçi”nin qapıçısı nizam-intizamı pozduğu üçün komandadan qovulmuşdu. Atam razı olmasa da, mən getdim. Onda 2:1 hesabı ilə qələbə qazandıq. Həmin görüş zamanı necə bir psixoloji gərginlik keçirdiyimi deyə bilmərəm. Debutum belə alındı. Məni “Zenit”, “ÇSKA” kimi komandalar istəyirdi. ÇSKA əsgərlik vaxtı əmrimi “Neftçi”yə göndərdi. Mən isə bir neçə gün qaçıb gizləndim. Sonradan komanda rəhbərlərinin xahişi ilə onlar məndən əl çəkdi. 5 qardaş 3 bacıma tək baxırdım. Ailə vəziyyətimlə əlaqədər canımı qurtara bildim. 1960-cı ilə qədər “Neftçi”nin bazası olmayıb. Biz ya Bakıxanov qəsəbəsindəki stadionda, ya da Bulvarda Yaxt klubda yaşamışıq. Bir-iki oyundan sonra əsas qapıçı oldum. O vaxt məşqlər də başqa cür idi. Gündə yalnız bir məşq edirdik. Temp aşağı idi. Futbolçular topu özlərində çox saxlayırdılar. O vaxt futbolçuları məcbur edirdilər ki, onlar oxusun. Heç olmasa, elementar yazı-pozu, hesab qaydalarını bilsinlər. Səhv eləmirəmsə, 1985-ci ilə kimi Azərbaycanda peşəkar futbolçu olmayıb. Futbolçunun əmək kitabçasına – bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsi yazılırdı. Yalnız həmin ildən etibarən peşəkar futbolçu termini yarandı.

– 50-ci illərdə “Neftçi” ilə bir çox Asiya və Afrika ölkələrini gəzmisiniz…
– 1956-cı ildə İranın “Tac” komandasına Bakıda uduzduq. 1957-ci ilin aprelində Tehrandakı oyunda isə 3:0 qalib gəldik. O vaxt İran qəzetləri məni “qara pələng” adlandırmışdı. Çünkü qapıçı formam qara rəngdə idi. 1960-cı ilə qədər İraq, Efiopiya, Sudan, Kompoca, Şri-Lanka milliləri ilə oynamışıq. Əksəriyyətində biz qalib gəlirdik. Səfərlərdə bizimlə həmişə KQB nümayəndəsi gedirdi. Onların biri Moskvadan, digəri isə yerli olurdu. Səfərlərdən öncə bizimlə görüşlər keçirilir, özümüzü necə aparmaq barədə tövsiyyələr edirdilər.

– 1962-ci ildə “Neftçi”dən ayrıldınız…
– Komandanın bir futbolçusu ilə mübahisəm oldu. O da “yuxarılar”ın sevimlisi idi. Vəziyyət elə idi ki, getməyə bilməzdim. Amma onda da heç kimə “günahkarsan” demədim. Həmişə çalışıram ki, günahı özümdə axtarım. Bir qədər Bakının “Dinamo”sunda oynadım. 1965-ci ildə biz Gəncə “Dinamo”suna oyun sonrası püşkatmada uduzduq və onlar SSRİ çempionatının birinci dəstəsinə çıxdılar. Bizim komanda isə dağıldı. Mən də Gəncənin komandasına keçdim. Burada 1967-ci ildə zədələndim. Ona görə “Dinamo” güclülər dəstəsində çıxış edəndə oynaya bilmədim. Əməliyyat olunmuşdum. O vaxt komandanı elitaya çıxaran məşqçiləri saxlamadılar. Gətirdikləri Çistoxvalov soyadlı məşqçi isə yaxşı kollektiv formalaşdıra bilmədi. “Dinamo”dan sonra “Neft daşları”nda bir az oynadıqdan sonra karyeramı başa vurdum.

– Sonra “AzTV”-də işlədiniz…
– O vaxtlar idmanla məşğul olmuş adamlar televiziyada işləməyə utanırdılar. Mən təzə gələndə daha çox “Araz” radiosunda veriliş aparırdım. Oyunları da oradan şərh edirdim. Məni tez-tez tənqid edirdilər ki, danışığında Bakı ləhcəsi hiss olunur. Bunu düzəlt. Mən də bunu düzəltmək üzərində işləyirdim. Çox olub, Valid Sənani görüşü şərh edəndə oturub yanında qulaq asmışam və öyrənmişəm. 19 il orada işlədim. Baş redaktorun müavini vəzifəsinə qədər yüksəlmişəm. Günün ekranı verlişindən sonra 5 dəqiqə idman xəbərlərini oxuyurdum. Bizə ayda 19 saat efir vaxtı ayrılmışdı. Bura oyunlar daxil deyildi. Elşad Quliyev, Abbas Əzimovla birgə işləyir, müxtəlif idman verilişləri hazırlayırdıq. Misal üçün, “Çovqan” verilişi var idi. O zaman müxtəlif müğənnilərin, artistlərin də həyatından danışırdıq. Xulio İqlesias İspaniyada futbol oynamışdı. Ondan və digərlərindən verilişlər hazırladıq. Bizim proqramlarda Brilyant Dadaşova, Xuraman Abbasova kimi müğənnilər da iştirak edirdilər.

– “Neftçi”yə 1986-cı ildə dəvət aldınız…
– Bəli. O vaxt mənə dedilər ki, Fuad Musayev səni “Neftçi” komandasının rəisi təyin etmək istəyir. Mən də baş redaktor Elşad Quliyevlə danışdım. Elşad da təminat verdi ki, “sənin vəzifəni heç kimə verməyəcəm. Nəsə problem olsa, qayıt”. “Neftçi”də işlərim asan deyildi. Məni təsdiq etmək üçün çox əziyyət çəkdim. Partiyanın üzvü olmadan belə məsul vəzifəyə təyin olunmaq olmurdu. Fuad müəllimin köməkliyi ilə neçə günə partbilet aldım və Moskvaya çağrıldım. Yalnız 1987-ci ilin yanvarında rəis təyin olundum. Açığı, bu işin yubanmasında əsas rolu AZTV-də kiminsə məndən Moskvaya şikayəti də az rol oynamamışdı. Düzdür, mən “Neftçi”yə bağlı adam idim. Orada oynamışam. Lakin bizim vaxt çətin idi. Xüsusilə də 1990-cı illərdə. Yadımdadır, o ərəfədə az qala komanda dağılacaqdı. Futbolçular da “Neftçi”dən getmək istəyirdilər. 90-cı ilin yanvarında biz Türkiyədə “Qalatasaray”la 2:2 oynadıq. Bundan sonra Ankarada oyunumuz vardı. 20 yanvar hadisələri barədə eşidən kimi səfərimizi yarımçıq saxlayıb vətənə qayıtdıq. Bu komandaya çox pis təsir etmişdi.

– Oradan AFFA-ya keçdiniz. Uzun müdət baş katib də işlədiniz. O günləri necə xatırlayırsınız?
– Fuad Musayev məni çağırdı. Getmək istəmirdim, amma sonradan razılıq verdim. O vaxt AFFA-nın maddi imkanı çox zəif idi. Dövlət federasiyaya demək olar, pul ayırmırdı. Futbolu saxlamaq üçün biz acınacaqlı vəziyyətdə idik. Gəlirlər yalnız UEFA yardımlarından, millininin oyunlarının teleyayım hüququnun satışı və bilet satışlarından idi. Belə çətin durumda biz hələ stadion da tikə bildik. Çox əziyyətlərlə “Şəfa” stadionunu istifadəyə verdik. Bu stadion gənclərdən ibarət millilərin bazası rolunu oynamalı idi. Təəssüflər olsun ki, sonradan bu belə olmadı. Millinin futbolçularına 200 dollar maaş verirdik. Bəzən isə futbolçular pulsuz oynayırdılar. Buna baxmayaraq millimiz FİFA reytinqində ilk 100-lükdə idi.

Yadımdadır 1995-ci il ölkədə baş verən dövlət çevrilişlərinə silahlı cəhdlərdən sonra ermənilər UEFA-da vay-şivən qaldırdılar ki, burada beynəlxalq oyunlar keçirmək təhlükəlidir. Oyunların Bakıda keçirilməsi üçün nə qədər cəhd göstərsək də, alınmadı. Bilirsiniz UEFA-nın bir prinsipi var. O verdiyi qərarı heç vaxt dəyişmir və onun icrasını tələb edir. Dövlət ev oyunlarının keçirilməsi üçün 32 min dollar pul ayırdı. 1996-ci ildə oyunlarımızı Türkiyədə oynadıq. Türklər bizə çox hörmət elədilər. Ucuz otellər təşkil edib, oyunları keçirməyə yardımçı oldular. Hələ bu puldan artıq da qaldı. Mən həmişə təmiz yaşamışam. Çalışmışam ki, vicdanla işləyim.

– 77 yaşınız tamam oldu. Bir futbol mütəxəssisi kimi özünüzü necə hiss edirsiniz?
– Bəli. İki oğlum, 3 nəvəm var. Düzdür, futbol mənə heç nə verməyib, amma hər şeyi alıb. Buradan mənə nə maşın, nə də ev veriblər. Heç ad günümdə də yaxşı hədiyyə aldığımı xatırlamıram. Digər tərəfdən, burada çoxlu dost qazanmışam. Allahdan bircə diləyim olub. Həyatımdan razıyam. Bu gün 3 ayrı şəhərdən zəng edirlərsə, UEFA-dan təbrik alıramsa, deməli, çox şeyə nail olmuşam. Bu gün avtobusda səsimi eşidən kimi tanıyırlar, hörmət edirlər. Yəni mən həyatımdan razıyam. “Bakı” rəhbərliyi də sağ olsun, biz veteranları diqqətdə saxlayır. Bildiyimə görə, klubun yaxşı bazası var. Bu hər bir klubda olmalıdır. Bu məni çox sevindirir. Futbolun inkişafı üçün hər məktəbdə, hər məhəllədə stadionlar olmalıdır. Bu gün təəssüf ki, futbolumuz çətin vəziyyətdədir. Onu dirçəltmək üçün bizlərdən də məsləhət alsalar, peşman olmazlar.

Son yazılar

To Top