big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Lənkəranda pozulan sükut…

23.10.2012 , 08:36

Topaz Premyer Liqasının IX turunda “Qəbələ”nin “Xəzər Lənkəran”la səfərdəki 1:1 hesablı bərabərə qalması komandanın ardıcıl üçüncü heç-heçəsi oldu. Korner.az-ın məlumatına görə, Ramiz Məmmədovun baş məşqçi təyin olunmasından sonra bütün matçlarında bərabərliyə nail olan “Qəbələ” səfərdə 2 dəfə 1:1, evdə isə 0:0 oynayıb.

Bu, klub tarixində 3-cü belə hadisədir ki, komanda 3 heç-heçəni sıralayır. 2005/06 mövsümündə hələ 1-ci dəstədə oynadığı vaxt 2 çempionat və kubok görüşündə “Qəbələ” 3 heç-heçə etmişdi. 2009/10 mövsümündə isə elə Ramiz Məmmədovun rəhbərliyi altında 3 Premyer Liqa görüşü 1:1 hesabı ilə nəticələnmişdi.

– “Qəbələ” klub tarixində 60-cı dəfə meydanı heç-heçə ilə tərk etdi. İndiyədək 241 matç keçirən komandanın hesabında 103 qələbə və 78 məğlubiyyət də var.

– Klub tarixində 120-ci səfər matçını keçirdi. Bu qarşılaşmalarda 39 qələbəsi olan “Qəbələ” 32 heç-heçə edib və 49 dəfə uduzub. Top fərqi 133-152-dir.

– Premyer Liqada 25-ci səfər heç-heçəsini edən “Qəbələ” rəqib meydanlarında 90-cı qolunu vurdu. Səfərdə baş tutan 91 çempionat oyununda 25 qələbə və 41 məğlubiyyəti olan komanda 125 top buraxıb.

– Ramiz Məmmədovun rəhbərliyi altında 103-cü çempionat matçına çıxan komanda 25-ci heç-heçəsini etdi.

– Viktor Mendi “Qəbələ”də 40-cı oyununu keçirdi. O, bu səddi arxada qoyan 31-ci futbolçu oldu.

– Yannik Kamanan 25-ci matçına çıxdı. O, ən azı bu qədər qarşılaşmaya çıxan 50-ci oyunçu oldu.

– Kamanan cari mövsümdə ilk qolunu vurdu. O, sonuncu dəfə ötən mövsümün 30-cu turunda – aprelin 29-da “Bakı” ilə ev qarşılaşmasında qol vurmuşdu. Kamanan ötən mövsümün son 2 və cari çempionatın ilk 8 qarşılaşmasında 10 matçlıq “sükutu”nu pozdu. O, 175 gündən sonra fərqləndi. Maraqlıdır ki, ötən tur digər hücumçu Viktor Mendi 152 günlük uğursuz seriyaya son qoymuşdu.

– Elə Mendi kimi Kamanan da qol həsrətini bitirməklə “Qəbələ”də 10-cu topunu vurdu. O, ən azı 10 qol vuran 10-cu futbolçu kimi tarixə düşdü: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hərəsi 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Paulo Hilario, Viktor Mendi, Yannik Kamanan – hərəsi 10.

– Bütün qollarını çempionatda vuran Yannik komandanın Premyer Liqada 4-cü bombardiridir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hərəsi 11, Yannik Kamanan – 10.

– Bruno da Silva Premyer Liqada 50-ci dəfə “Qəbələ”nin şərəfini qorudu. O, buna nail olan 13-cü futbolçudur: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hərəsi 60, Milan Antiç – 54, Azər Həşimov – 53, Kristian Torres – 52, Nodar Məmmədov, Yaşar Abuzərov – hərəsi 51, Bruno da Silva, Stiv Olfers – hərəsi 50.

– Luiz Hilario Premyer Liqada 40-cı, Ürfan Abbasov 20-ci dəfə “Qəbələ” formasında meydana çıxdı.

– Bu matçda “Qəbələ”nin qapısına təyin olunan penalti klub tarixində 18-ci belə cəza oldu. Bu zərbələrdən 14-ü qolla nəticələnib. Premyer Liqa matçlarında isə rəqiblər 14 zərbədən 11-dən istifadə ediblər.

Son yazılar

To Top