Madrid "Atletiko"sunun qapıçısı Tibo Kurtuaya təkliflər gəlməkdə davam edir.
Korner.az-ın məlumatına görə, "Barselona" klubu belçikalı qolkiperi transfer etməyi planlaşdırır.
Viktor Valdezin komandadan ayrılacağı dəqiqləşdikdən sonra "Barselona" "Borussiya" (Münhenqladbax) klubundan Mark-Andre ter Stegeni transfer edib. Lakin "Barselona"nın direktoru Andoni Zubizaretta komandanın daha yüksək səviyyəli qapıçıya ehtiyacı olduğunu bildirib. Bu mənada bütün diqqətlər son oyunlarda özünü yaxşı tərəfdən göstərən Kurtuaya yönəlib.
Onu da qeyd edək ki, müqavilə ilə "Çelsi"yə məxsus olan 21 yaşlı qolkiperlə "Real" (Madrid) klubu da yaxından maraqlanır.