Atletiko Madrid”in formasını geyən Tibo Kurtua “Çelsi”yə qayıdıb.
Korner.az-ın məlumatına görə, belçikalı futbolçu artıq komanda yoldaşları ilə vidalaşıb və Londona uçub. Kurtua “Atletiko”nun bazasında olaraq, keçmiş komanda yoldaşları ilə görüşüb, əşyalarını yığıb və Londona yollanıb.
Qeyd edək ki, Tibo Kurtua “Atletiko”nun tərkibində İspaniya çempionatında, Avropa Liqasında, UEFA Superkubokunda qalib gəlib, Çempionlar Liqasının finalına yüksəlib.