“Kristal Pelas” mərakeşli oyunçu ilə gücləndi
14.06.2024 , 22:59
![](https://korner.az/wp-content/uploads/2024/06/IMG_1203.jpeg)
“Kristal Pelas” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, klub “Betis”in müdafiəçisi Çadi Riadı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı mərakeşli ilə 2029-cu ilin yayına kimi müqavilə imzalandıöı bildirilib.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)