PSJ “Lion”dan futbolçu transfer edir
20.06.2024 , 11:13

PSJ yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Lion”dan Rayan Çerkinini heyətinə cəlb etmək istəyir.
Fransa nəhənginin 20 yaşlı oyunçu üçün 15+3 milyon avroluq rəsmi təklif göndərdiyi bildirilir.
Keçidin yaxın günlərdə baş tutacağı gözlənilir.
