İspaniya İtaliyaya qalib gəldi
21.06.2024 , 00:58

Avro-2024-də qrup mərhələsinin 2-ci turu davam edir.
Korner.az xəbər verir ki, bu gün çempionatda 3 matç keçirilib.
Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə bitib.
Eyni qrupda Danimarka İngiltərə ilə üz-üzə gəlib. Matç heç-heçə ilə bitib – 1:1.
Günün maraqla gözlənilən matçı B qrupunda keçirilib. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib. Görüş ispanların 1:0 hesablı qələbəsi ilə bitib.
Avro-2024, qrup mərhələsi, 2-ci tur
20 iyun
C qrupu
17:00. Sloveniya – Serbiya – 1:1
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, “Alyans Arena”.
20:00. Danimarka – İngiltərə – 1:1
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, “Valdştadion”.
B qrupu
23:00. İspaniya – İtaliya – 1:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, “Feltins Arena”.
