"Mançester Yunayted"in koreyalı futbolçusu Cus İn Park Şinzi Kaqavanın "qırmızı şeytanlar"a keçəcəyi təqdirdə uğur qazanacağına inandığını bildirib.
Korner.az-ın məlumatına görə, fikirlərini mətbuatla bölüşən Park :"Kaqava çox güclü futbolçudur. "Mançester Yunayted"ə gəlsə uğur qazanacağına şübhəm yoxdur" – ifadələrinə yer verib.
Qeyd edək ki, yaponiyalı futbolçu Şinzi Kaqavanın yaxın günlərdə "qırmızı şeytanlar"a keçməsi gözlənilir.
