big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avrokuboklar

“Xəzər Lənkəran”ın optimal rəqibləri – ARAŞDIRMA

17.05.2012 , 13:36

Gələn ayın 17-də Çempionlar və Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq. Məlum olduğu kimi, Premyer Liqanın qalibi olan “Neftçi” mübarizəyə Çempionlar Liqasının ikinci, digər təmsilçilərimiz “Bakı”, “İnter” və “Xəzər Lənkəran” avroliqanın I təsnifat mərhələsindən başlayacaq. “Neftçi” püşkatmada səpələnməmiş, digər 2 paytaxt təmsilçisi səpələnmiş kimi iştirak edəcək. “Xəzər Lənkəran” isə qeyri-müəyyənlik içindədir.

İndiki durumda Avropa Liqasının ilk təsnifat mərhələsinin 14 iştirakçısı hansı səbətdə yer alacağını bilmir. “Xəzər Lənkəran”da daxil olmaqla, həmin 14 klubdan altısının adı, bununla, reytinqi məlumdur. Cənub təmsilçisi bu 6 məlum komanda arasında 3-cü göstəriciyə malikdir.

“Birkirkara” (Malta) – 2,116
“Streymur” (Farer adaları) – 2,033
“Xəzər Lənkəran” (Azərbaycan) – 1,991
MTK (Macarıstan) – 1,950
“Metalurq” (Makedoniya) – 1,883
“Syaulyay” (Litva) – 1,875

Bu “alıtılığ”ın taleyi digər 8 vəsiqənin sahibinin kimliyindən asılıdır. Çünki ölkələrindən Avropa Liqasının I təsnifat mərhələsinə verilən vəsiqəni qazanan komandaların reytinqi həm “Xəzər Lənkəran”, həm də digərləri üçün vacib olacaq.

Həmin 8 yerə namizədlər və onların reytinqi isə belədir:

Macarıstan – “Keçkemeti” (2,450), “Paksi” (2,950), “Qonved” (2,950), “Diosqyori” (1,950)
Gürcüstan – “Metallurq” (1,733), “Zestafoni” (4,733)
Bosniya və Herseqovina – “Zrinski” (3,683), “Boraç” (3,183), “Olimpik” (1,683)
Sloveniya – “Olimpiya” (2,674), “Koper” (2,674), “Mura” (1,424)
Çernoqoriya – “Buduçnost” (2,375), “Rudar” (2,375), “Zeta” (1,375), “Moqren” (3,375), “Petrovaç” (1,875)
Çernoqoriya (kubok) – “Çelik” (0,875), “Rudar” (2,375)
Moldova – “Milsami” (1,599), “Olimpiya” (1,849), “İskra-Stal” (1,349)
Lüksemburq (kubok) – “Differdanj” (2,966), “Fola” (0,716)

Ümumilikdə, 14 komandadan 7-si səpələnmiş, 7-si səpələnməmişlər sırasına göndəriləcək. Bu isə o deməkdir ki, artıq 3 komandadan öndə olan “Xəzər Lənkəran” adı müəyyənləşməyən 8 vəsiqə sahibindən 4-nü də üstələməlidir ki, səpələnmiş olsun.

İstənilən halda, Moldova təmsilçisi də komandamızdan aşağıda qərarlaşacaq. Bu isə vitse-çempionun cəmi 3 sərfəli komanda gözləməli olduğu anlamına gəlir. Yəni, Macarıstandan “Diosqyori”, Gürcüstandan “Metallurq”, Bosniya və Herseqovinadan “Olimpik”, Sloveniyadan “Mura”, Çernoqoriyadan “Petrovaç” və ya “Zeta”, bu ölkənin kubokundan isə “Çelik”, Lüksemburqdan isə “Fola”nın Avropa Liqasına düşməsi lazımdır.

Daha doğrusu, bunlardan cəmi 3-ü “Xəzər Lənkəran”ı səpələnmişlər sırasına daşıyacaq.

Mənbə: apasport.az

Son yazılar

To Top