“Mançester Siti”nin müdafiəçisi Vensan Kompani zədələnib.
Korner.az-ın məluamtına görə, belçikalı futbolçu əzələsini dartıb.
Kompaninin 1 ay yaşıl meydanlardan uzaq qalacağı deyilir. Onun diaqnozu bu gün dəqiqləşəcək. Belə ki, stoper klubun tibbi müayinəsindən keçəcək.