“Mançester Yunayted”in futbolçusu Ueyn Runi İngiltərə klubundan ayrılacağı barədə iddialara münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, komandada qalmaq istədiyini deyib:
“13 ildir “Mançester Yunayted”də çıxış edirəm. Əlbəttə, burada qalmaq istəyirəm. Düzdür, bu mövsüm çox oynamamışam. Amma klubuma kömək etmək istəyirəm”.