Klublarımızın potensial rəqibləri məlum oldu
24.07.2023 , 16:29

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Mübarizəyə 2-ci mərhələdən başlayacaq Azərbaycan təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də 3-cü raunddakı potensial rəqibi müəyyənləşib.
“Sabah” 2-ci mərhələdə Latviyanın RFŞ klubu keçərsə, növbəti raundda Serbiya “Partizan”ı ilə qarşılaşacaq.
“Neftçi” 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
“Qəbələ” Kipr “Omoniya”sını keçsə, 3-cü mərhələdə “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
Konfrans Liqasında 3-cü mərhələnin oyunları avqustun 10-da və 17-də keçiriləcək.
