Ançelotti Bellinqemlə bağlı danışdı
24.07.2023 , 15:56

“Real Madrid”in baş məşqçisi debüt edən Bellinqem haqqında danışıb.
Korner.az xəbər verir ki, təcrübəli çalışdırıcı gənc ulduzun “Milan” ilə debüt oyunundan sonra açıqlama verib.
Karlo Ançelotti “ Belinqam komandaya yeni gəlsə də, sanki illərdir ki, bu komandada oynayırmış kimi çıxış edib. Əlbəttə səhvləri var idi, amma önəmli olan sonadək mübarizə aparmaq və qələbə qazanmaq idi. Belinqam etimadı doğrultmağı bacardı”, – deyə açıqlamasında bildirib.
