“Keşlə” “Qarabağ”ın rəqibindən iki futbolçu transfer etmək istəyir
31.07.2018 , 11:38

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Kukesi”nin iki futbolçusu – Rüstəm Hoca və Valon Etemi karyeralarını Azərbaycanda davam etdirə bilərlər.
Hər iki oyunçu ilə “Keşlə” maraqlanır. Bu barədə Albaniya mətbuatı məlumat yayıb. Paytaxt klubunun yeni baş məşqçisi Mladen Milinkoviç “Kukesi”də rəhbərliyi altında çıxış edən futbolçuları komandasında görmək istəyir. Hoca və Etemlə “Kukesi” Bakıda olduğu müddətdə danışıqlar aparılacaq.
Qeyd edək ki, 27 yaşlı albaniyalı Hoca mərkəz müdafiəçisi mğvqeyində çıxış edir. 20 yaşlı Valon isə Albaniyanın U-21 millisinin üzvüdür və yarımmüdafiədə çıxış edir
