“Real” “Mançester Siti”nin futbolçusuna “qarmaq atır”
06.01.2023 , 10:50

Madrid “Real”ı heyətini gücləndirmək üçün transfer fəaliyyətini davam etdirir.
Korner.az-ın məlumatına görə, klub rəhbərliyinin əsas məqsədi Toni Kroosu əvəz edə biləcək oyunçu almaqdır.
Artıq yeni hədəf də bəllidir. Söhbət “Mançester Siti”nin portuqaliyalı futbolçusu Bernardu Silvadan gedir. Yarımmüdafiəçinin hazırkı transfer məbləği 80 milyon avro civarında qiymətləndirir.
Bir müddət əvvəl Bernardu özünü yeni layihədə sınamaq istədiyini demişdi. Onun adı “Barselona” ilə də hallanmışdı, ancaq katalonlar ona 80 milyon verməkdən imtina etmişdilər.
