Gürcüstanlı çalışdırıcı Kaxaber Sxadadze Premyer liqanın III turunda “Xəzər Lənkəran”la ev oyunundan sonra keçirilən mətbuat konfransında bildirib ki, futbolçulara hansısa iradı yoxdur: “Komandamız daha üstün oynasa da, qalib gələ bilmədik. Uğuru özümüz qazanmalıyıq. Yaxşı oynamağımız müsbət cəhətdir. Futbolçular son zərbə üzərində çalışmalıdır. Bu cür oynamağa davam etsək uğur əldə edəcəyik”
