I divizionun ikinci yarısına hazıraşan “Kəpəz” heyətini gücləndirməyə çalışır.
Korner.az-ın məlumatına görə, Gəncə klubu hazırda 7-8 futbolçunu sınayır.
Komandanın yeni baş məşqçisi Vidadi Rzayev artıq Oqtay Məmmədovu, Asif Əhmədov və Cavid Əhmədovu bəyənib. Onlarla yaxın günlərdə müqavilə imzalanacaq. Hər üç futbolçu ilk dövrədə “Şəmkir”in formasını geyinib.