big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Həbsdə olan azarkeşdən mediaya müraciət

19.01.2014 , 07:19

Hazırda həbsdə olan “Xəzər Lənkəran”lı azarkeş Elman Tağıyev dostlarına yazdığı məktub vasitəsilə mətbuata və azarkeşlərə  müraciət yayımlayıb.

Korner.az həmin məktubu olduğu kimi təqdim edir:

“Əvvəla bütün “Xəzər Lənkəran” azarkeşlərinə salam!
Adlar çəkmirəm. Sanmayın unutmuşam, hamınız qəlbimdəsiniz!

Mən Tağıyev Elman (“Xəzər Lənkəran” azərkeşləri
içində “Eliko” kimi tanınan) 25.08.2013 cu il tarixindən həbsdəyəm.
Həbs olma səbəbi araşdırılır və nəticəsi az-çox bəllidi. Böyük ehtimalla həbs
olunacam. Mənə təsir edən məqam isə “Xəzər Lənkəran” klubunun
rəhbərliyinin “BİZ HƏMİŞƏ AZARKEŞLƏRİMİZİN ARXASINDAYIQ!” ifadəsidi. Ağız
dolusu ilə peşəkarlıqdan danışan “Xəzər Lənkəran” rəhbərliyi hanı
sənin “peşəkarlığın”?! 5 aydı ki, Kürdəxanı təcridxanasındayam.
Mənimlə birlikdə 4 nəfər də “Xəzər Lənkəran” azərkeşi var! “Biz
tutulanların arxasındayıq” deyəndə utanmadınız?! Mənə, yəni Tağıyev
Elmana, Əkbərov Aqşinə, İbrahimli Elmana və Abdulayev Elçinə heç nəyiniz lazım
deyil. Sadəcə, mətbuata yalan açıqlamalarla heç kimi aldatmayın, heç olmasa 
tutulanlar haqda maraqlanmısız ki, kimlərdi? Xeyir, uzağı
tanıdığınız mən olaram, o adların içində. Çünki, çox sağ olsun dostlar, məni
“Facebook” və KİV-də tez-tez işıqlandırıblar.

Həmişə “Neftci” peşəkarlığını bəyənmirsiz, pisləyirsiz!
“Neftçi”nin rəhbərliyindən tutmuş oyunçularına qədər hər kəs 5 aydı
həbsdə olan klubun azarkeşi Ərəbov Zaura hər cür dəstək verir.

Bir daha deyirik, bizə sizin heç nəyiniz lazım deyil. Biz
nəyəsə görə, kiməsə görə azarkeşlik etmirik. Əgər belə olsaydı, sizin
“PUL”, “DÖNƏR” alan azarkeş sırasında olardım və heç həbsə
də düşməzdim. Biz bu komandanı qarşılıqsız sevdik. “Ağ-yaşıl” şərfə isindik,
sevgimizi istər sosial şəbəkədə, istərsə də tribunada anlatdıq.

Özümüzə rəqib görmədik. Yenə də görmürəm. “BİZƏ HƏR YER
LƏNKƏRAN” sözü hədər yerə deyilməyib. Kürdəxanıda bu sözlə qalırıq. Sevdik
bu komandanı, eybi yoxdu peşman da deyiləm.

Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 221.3 maddəsi ilə bizə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə
cəzası tətbiq oluna bilər. Baxmayaraq ki, bizim günahımız yoxdu. Bizlər bu
klubu, o “ağ-yaşıl” rəngləri sevdik və bu komandanı dəstəklədik. 3
il, 5 il, 7 il dustaq olarıq. Amma bundan sonra siz nə insanlıqdan, nə də
“peşəkarlıq”dan danışmayın.

Mətbuatda yazıldı ki, guya bizə görə Höccət Hacıyevi
məhkəməyə göndərmişdiz? Xeyr! Məhkəmə Höccət Hacıyevi zərərçəkmiş şəxs qismində
dəvət etmişdi. Zərər çəkmiş şəxs kimi olmasaydı o, da məhkəmə zalında iştirak
etməzdi, necə ki, “Xəzər Lənekəran” rəhbərliyi iştirak etmədi. Hər
sözündə “biz UEFA, FIFA, nə bilim CAS-da qalib gəldik, bu da Tuyqun
Nadirovun sayəsində oldu” deməklə deyil. Siz günahsız azarkeşin arxasında
dura bilmədiz. Düz 5 aydı Bakı-Lənkəran yolundayıq. Yalandan, gözdən pərdə
asmaq üçün özünüzü reklam etməyin. Lənkəranda belə söz var: yaxşı oğlanın
“DUSTAĞI” olmaz. Peşakar klubun da “DUSTAĞI” olmaz!

3 ay bundan əvəl “Xəzər Lənkəran” futbol klubunun
rəhbəri KİV-də müsahibəsində bildirmişdi ki, qış fasiləsində istintaq altında
olanların yaxınları ilə görüşəcəyik. Bəsdirin, iç üzünüz çoxdan açılıb. Heç
nəyiniz bizə lazım deyil!

Heyf belə azarkeşlərdən ki, onlar o klub üçün ölməyə belə
hazırdı! Bəs siz? Biz bu komandanı nəyə görəsə və kimə görəsə sevməmişik,
sevmərik də! Biz bu komandanı ürəkdən sevmişik, sevecəyik də!

Mən Eliko ölənə kimi “Xəzər”liyəm! Bu komanda ilə
qürur duyuram! Komandanı bu vəziyyətə salanları öz vicdanları ilə baş-başa
buraxıram. Əgər onlarda vicdan varsa. Azarkeşlərə səslənirəm ki, mən – Eliko
kimi divarlar arasına düşməyin, çünki öz “peşakarlığı” ilə seçilən
“Xəzər Lənkəran” rəhbərliyi sizlərin arxasında durmayacaq!

Növbəti məhkəmə 22 yanvar tarixinə, saat 09.30 salınıb. Məni
tanıyan bütün azarkeşləri və KİV nümayəndələrini məhkəməyə dəvət edirəm. Sağ
olun!”

 15.01.2014

Eliko Lezgineç

Son yazılar

To Top