“Kəpəz”in futbolçusu əməliyyat olundu
23.02.2022 , 22:17

“Kəpəz”in zədəli futbolçusu Cavid İmamverdiyev əməliyyat olunub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzdə cərrah masasına uzanıb.
İmamverdiyev sağ diz oynağında menisk yırtığından əziyyət çəkirdi. O bu səbəbdən bir müddət idi ki, məşqlərdə iştirak edə bilmirdi.
