“Mançester Yunayted”dən heç-heçə
24.02.2022 , 01:59

Bu gün Çempionlar Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
“Benfika” Portuqaliyada Niderland “Ayaks”ını qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə bitib. Digər qarşılaşmada isə “Mançester Yunayted” (İngiltərə) Madrid “Atletiko”sunun qonağı olub. Oyun heç-heçə ilə yekunlaşıb – 1:1.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 10, 15, 16 və 17 mart tarixlərində keçiriləcək.
23 fevral
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
00:00. “Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland) – 2:2
00:00. “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 1:1
22 fevral
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:0
“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:1
16 fevral
00:00. “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə) – 0:2
00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya) – 1:1
15 fevral
00.00. PSJ (Fransa) – “Real” (İspaniya) – 1:0
00:00. “Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) – 0:5
