“Kəpəz” “Sabah”a məğlub oldu
05.05.2023 , 19:52
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Kəpəz” bu turda “Sabah”ı qəbul edib. Qəbələdə keçirilən görüşdə qonaq kamandanın qələbəsi ilə bitib – 3:0.
Azərbaycan Premyer Liqası
XXXIII tur
5 may
18:00 Kəpəz – Sabah – 0:3
Qollar: Aleksey Kaşuk, 4, Emmanuel Apeh, 16, Davit Volkov, 83
Qəbələ şəhər stadionu
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov