“Kəpəz” məğlub oldu, MOİK-dən qələbə
21.02.2023 , 17:58

Bu gün Azərbaycan Birinci Divizionunda XVIII tura start verilib.
Korner.az xəbər verir ki, turnir cədvəlinin sonuncusu “Sumqayıt-2” evdə “Turan Tovuz”un əvəzedici komandası ilə heç-heçə edib.
“İmişli” MOİK-ə uduzub, “Qəbələ-2” isə Gəncədə “Kəpəz-2”-ni məğlub edib.
I Divizion
XVIII tur
21 fevral
Sumqayıt-2 – Turan Tovuz-2 – 1:1
Qollar: Xəzər Mahmudov, 71 – Elçin Qasımov, 73
Qırmızı vərəqə: Nurlan Bayramov, 71
Kəpəz-2 – Qəbələ-2 – 1:2
Qollar: Elnur Cəfərov, 90+6 – Gülağa Əsədov, 40, Mehrac Baxşəli, 46
İmişoli – MOİK – 0:2
Qollar: İlham Allahverdiyev, 31, Cavid Quliyev, 65
