big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı

21.02.2023 , 18:37

Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk üç yeri tutan şahmatçıların mükafatlandırılma mərasimi keçirilib.

Korner.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə çempionatının ilbəil daha güclü rəqabət şəraitində keçdiyini bildirib. Mahir Məmmədov şahmat üzrə ölkə çempionatının böyük tarixə malik olduğunu söyləyib: “Şahmat üzrə Azərbaycan çempionatı zəngin tarixə malikdi. İlk çempionat 1934-cü ildə təşkil olunub. Yüzə yaxın yaşı olan çempionatda qalib olan şahmatçılar adını şahmat tariximizə yazıb. Hər bir şahmatçı üçün Azərbaycan çempionu olmaq böyük şərəfdi.

Müstəqilliyin ilk illərindən sonra Azərbaycan çempionatı bir qədər diqqətdən kənarda qaldı. Azərbaycan Şahmat Federasiyası son illər yarışın nüfuzunu artırmaq üçün mühüm addımlar atır. Həm kişilərin, həm də qadınların çempionatında mükafat fondu artırılıb. Eyni zamanda milli komandanın bütün üzvlərinin yarışda iştirakını təmin etməyə səy göstəririk. Birinci liqada keçirilən yarışın qalibi böyüklərin Azərbaycan çempionatına vəsiqə qazanır. Kişilərin yarışında çempion olan şahmatçı milli komandaya vəsiqə əldə edir. Federasiya gələcəkdə də ölkə çempionatının yüksək səviyyədə təşkili üçün lazımi işləri həyata keçirəcək. Sonda bir daha qalibləri və mükafatçıları təbrik edirəm. Martda şəxsi Avropa çempionatında iştirak edəcək şahmatçılarımıza uğurlar arzulayıram”.

Çıxış edən Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli yarışla bağlı fikirlərini bölüşüb, göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Sonra kişi və qadın şahmatçıların Azərbaycan çempionatının qalibləri və mükafatçılarına medal və diplomlar təqdim olunub. Ölkə çempionatında beynəlxalq usta normasını yerinə yetirən Nərmin Abdinovaya müvafiq sertifikat verilib.

Ümumi mükafat fondu 25 min manat təşkil edən kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli olub. Vüqar Əsədli ikinci, Eltac Səfərli üçüncü yeri tutub.

Mükafat fondu 15 min manat olan qadın şahmatçıların Azərbaycan çempionatında isə Gövhər Beydullayeva qızıl medal qazanıb. Xanım Balacayeva və Səbinə İbrahimova müvafiq olaraq ikinci-üçüncü yerlərdə qərarlaşıb.

Son yazılar

To Top