“Jirona”da yeni müqavilə
15.05.2024 , 22:57

“Jirona”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi Deyli Blindin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, futbolçunun müqavilə müddətinin 2026-cı ilin yayına kimi yeniləndiyi diqqətə çatdırılıb.
Deyli Blind 2023-cü ilin yayından “Jirona”da çıxış edir.
