İtaliyada danışılmış oyunlarla bağlı yene qalmaqal başlayıb. Korner.az-ın məlumatına görə, danışılmış oyunlarda 22 klub və 61 futbol adamının şübhəli bilindiyi bildirilir. İtaliya Futbol Federasiyası 33 danışılmış oyunla bağlı araşdırma aparır. Bu matçlardan 29-u B seriyası, digərləri B seriyasının oyunlarıdır.
Qeyd edək ki, bir neçə il əvvəl A seriyası ilə bağlı oxşar araşdırmalar aparan italiyalılar başda 2 çempionluğu əlindən alınıb aşağı dəstəyə göndərilən “Yuventus” olmaqla bir sıra klublara ağır cəza vermişdi.
