İtaliya nəhəngi PSJ-dən futbolçu transfer edir
30.04.2024 , 20:55

“Yuventus”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Turin klubu PSJ-dən Manuel Uqarteni heyətinə cəlb etmək istəyir.
Tərəflər arasında yaxın zamanda rəsmi danışıqların olacağı gözlənilir.
Keçid baş tutarsa, uruqvaylı futbolçu İtaliya nəhəngində icarə əsasında çıxış edəcək.
İtaliya nəhəngi uruqvaylı orta xətt oyunçusunu bir mövsümlük icarəyə götürmək niyyətindədir.
