Fatih Terim Yunanıstan klubundan gedir?
30.04.2024 , 19:47

“Panatinaikos” Fatih Terimlə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, komandanın “Aris”ə məğlubiyyətindən sonra Yunanıstan təmsilçisi təcrübəli mütəxəssisi göndərmək qərarına gəlib.
Xəbərdə, Fatih Terimin paltardəyişmə otağında hər kəsin etibarını itirdiyi vurğulanıb.
Klubda bəzi şəxslərin mayın 15-də keçiriləcək PAOK matçından əvvəl Fatih Terimin göndərilməsini xahiş etdiyi, lakin bunun mümkün görünmədiyi bildirilib.
