“Düzünü deyim ki, püşk bizim üçün o qədər də uğurlu deyil". Korner.az-ın məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən İtaliyanın "İnter" klubunun baş məşqçisi Andrea Stramaççioni deyib. H qrupunda ölkə çempionumuz "Neftçi", Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” klubları ilə birgə qərarlaşan "İnter"in çalışdırıcısı şansları dəyərləndirib:
"Bizə hər səfər oyunu üçün uzaq məsafələrə uçmaq lazım gələcək ki, bu da İtaliya A Seriyasındakı çıxışımıza təsirsiz ötüşməyəcək. Amma biz növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Çalışacağıq ki, buna nail olaq”.
