big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Təfərrüatsız təəssürat və TƏŞƏKKÜR

01.09.2012 , 04:34

APOEL-lə hər iki oyundan sonra əcaib sual beynimdən çıxmır: görəsən, Böyükağa Hacıyev “Hapoel”lə oyunlarda komandanın başında olsaydı, “Neftçi” yenəmi uduzardı? İsrail və Kipr klublarına qarşı oyunlarda mən bir-birindən yerlə-göy qədər fərqlənən iki “Neftçi” gördüm.

****
Larnakadakı hava limanında qarşılaşdıq ilk sürprizlə. Sərhəd keçid məntəqəsinin işçisi “Neftçi”yə qələbə arzulayanda çaşıb qalmışdım. Sonra anlaşılmışdı səbəb: adam APOEL-in qatı rəqibi “Omoniya”nın azarkeşiydi… Hə, sərhədçi tək deyildi, sonrakı günlərdə ünsiyyətdə olduğum kiprlilər arasında da “Neftçi”nin udmasını istəyən neçə-neçə “Omoniya”lı gördüm. Aralarında taksi sürücüsü də vardı, mağaza satıcısı da.
Avropa Birliyinin üzvü, inkişaf etmiş ölkələr sırasına daxil olan Kipri başqa cür təsəvvür edirdim səfərə çıxanadək. Yaşıllıqlar ölkəsi bilirdim oranı. Amma yanıldığımı Larnakadan Nikosiyaya gedərkən gördüm. Çox qəribədi Kipr torpağı. Şorandı, vulkanik süxur tərkiblidi–nədi, bilmək olmur. Bəmbəyaz torpağın yetişdirdiyi əsasən şam və palma ağaclarıdı. Bir sözlə, münbitliyindən söhbət gedə bilməz Kipr torpağının.
Nikosiyada gördüyüm yeganə hündür tikili bir beşmərtəbəli bina olsa da, kiçik malikanələr arxitektur quruluşuyla göz oxşayır. Sadə və bir o qədər də cazibəli evlərin qapılarının açıq, qarajlarının qapısız olduğunu görüncə düşündüm ki, yəqin, burda oğurluq üstündə tutulan yoxdu…

****

“Kiprlilər ticarəti sevmirlər”. Nikosiyada keçirdiyimiz ilk gün belə düşünmüşdüm, məskunlaşdığımız otelin ətrafında mağaza görməyincə. Hər binanın altında, hər tində mağazalar şəbəkəsi görməyə vərdiş etmiş cəmiyyətin üzvü üçün qəribə görünməsinmi?
Kiprə yolunu salsanız və çərşənbə axşamı günləri günortadan sonra açıq dükan, mağaza, idarə görməsəniz, təəccüblənməyin. Çünki həmin gün rəsmi iş saatı 3-də bitir və o saatdan sonra şəhər sanki ölü yuxusuna gedir…

****

“Bu gün sizə 3 dənə vuracağıq”. Bunu mənə bizim “Torqovı”ya oxşayan Lidra küçəsində suvenir satışı ilə məşğul olan kiprli Niko demişdi yarımçıq ingiliscəsiylə. “Darıxmayın, sabah yenə bura gələcəm və səninlə “Neftçi”nin qələbəsini qeyd edəcəyik” – cavabıma kinayəli baxışla cavab vermişdi. Təəssüf, Bakıya erkən saatlarda qayıtdıq və mən yenidən Lidraya gedib onun məğlub üzündəki ifadəni görə bilmədim…

****

“Neftçi” sürpriz edə bilməyəcək”. Bunu da APOEL-in baş məşqçisi Yovanoviç demişdi, özündənrazı şəkildə… Biz boykot edib oturmadıq onun oyunsonrası mətbuat konfransında, amma dediklərini oxuyunca sonradan, nə halda olduğunu təsəvvür etmək asan idi. Boykot etdiyimizi dedim, qoy səbəbini də yazım. Yovanoviç oyunöncəsi məşq və mətbuat konfransını matçdan bir gün əvvəl, yəni biz Kiprə yollandığımız gün axşam saatlardında keçirməli idi. Ancaq Nikosiyaya yenicə çatmışdıq ki – günorta idi – onun mətbuat konfransını və məşqi səhər saatlarında keçirdiyini eşitdik. Halbuki qaydalara görə, “Neftçi”yə bununla bağlı əvvəlcədən məlumat verilməliydi.

****

“Bura ürəyimizdə Azərbaycan və Türkiyə bayraqları ilə gəlmişik. Biz türkük, 20 min yunan azarkeşi bizi qorxuda bilməz”. Böyükağa Hacıyev demişdi bunu oyundan bir gün əvvəlki mətbuat konfransında. “Neftçi” məğlub da ola bilərdi o oyunda, amma kiprli jurnalistin təxminən “26 min azarkeş qarşısında oynamaq sizi qorxutmur ki” mənasına gələn sualına bundan gözəl cavab ola bilməzdi.
Etiraf edirəm, mən indiyədək Hacıyevin hər sözündə pafos görürdüm, bir az da səmimi: ciddiyə almırdım o günədək. Hətta o, “sabah hücum futbolu oynayacağıq” deyəndə də. Amma meydanda xarüqələr yaradan “Neftçi”siylə Hacıyev məni sözün əsil və yaxşı mənasında təəccübləndirdi.
Heç bir ifrata varmıram, “Neftçi” rəqibini bütün komponentlərdə əzdi! Onun böyüklüyü rəqib hər dəfə feyr-pleyə tüpürdükcə bir az da qabarıq görünürdü. Və mən ilk dəfə idi ki, məğlubiyyətdən bunca sancılanan millət, komanda görürdüm…

****

“Neftçi” bundan sonra həm özünün, həm də o biri klublarımızın tənqidi üçün əla istinadgah oldu mənimçün. Qrup mərhələsi xəyal idi, amma orda oynamağa qadir olduğumuzu göstərdi “Neftçi”. İndi nə onun özünün, nə “Xəzər Lənkəran”ın, nə “İnter”in, nə “Qarabağ”ın, nə “Bakı”nın, nə də gözü Avropada olan o biri klublarımızın bundan aşağı nəticə göstərməyə haqqı yoxdu. “Neftçi” Avropanın içinə açılan qapını sındırdı – həm özü, həm də ölkə çaplı rəqibləri üçün. Qapını açmaq çətin idi, amma… Oğul istəyirəm ki, o qapını bağlanmağa qoymasın!

****

26 minlik ağzınacan dolu stadionda xor dinləmisizmi heç? Səsin təsirindən oturduğunuz stul titrəyibmi heç? Heç sizi üç tərəfdən əhatəyə alıb sözlü və jestli sataşmalar ediblərmi? Azarkeşindən tutmuş, adi stadion direktoruna qədər hər kəsin kinayəli baxışı, aşağılayıcı sözləri, hədələri qarşısında soyuqanlı olub qələbə qazandınızmı heç? Bu şəraitdə döyüşüb qalib gəlməyin ləzzətini yaşatdığın üçün başqanından tutmuş, sıravi işçinə qədər –  TƏŞƏKKÜRLƏR “NEFTÇİ”!

Saleh Arslan

Son yazılar

To Top