İspaniya nəhənginə keçir
11.03.2024 , 13:13

“Şaxtyor”un futbolçusu Georgi Sudakovdan xəbər var.
Korner.az xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirə bilər.
“Barselona” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
İspaniya nəhəngi yayda ukraynalı futbolçu üçün “Şaxtyor”la danışıqlara başlayacaq.
