AFFA-da menecerler üçün imtahan
11.03.2024 , 13:39

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni və bundan əvvəl baş tutan imtahanda uğursuz nəticə göstərmiş əməkdaşlar üçün onlayn formatda təkrar imtahan keçirilib.
Korner.az xəbər verir ki, imtahandan əvvəl Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıb.
Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.
Lisenziya qaydalarına əsasən, Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.
