“Mançester Siti” bu yay yarımmüdafiə xəttində bəzi dəyişikliklər etmək fikrindədi.
Korner.az-ın məlumatına görə, “şəhərlilər” Madrid “Real”ının yarımmüdafiəçisi İskonu transfer etmək istəyir.
İngiltərə klubu 22 yaşlı futbolçunu hələ “Malaqa”da oynadığı vaxtlarda bəyənirmiş. Ancaq həmin vaxt İsko İspaniya nəhənginə keçməyi üstün tutmuşdu.
Qeyd edək ki, İsko cari mövsüm İspaniya La Liqasında 23 oyun keçirib və 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
