“Milan” baş məşqçisi Filippo İnzagini istefaya göndərə bilər.
Korner.az-ın məlumatına görə, komandanın bu mövsümkü uğursuz çıxışı səbəbindən klub rəhbərliyi 41 yaşlı mütəxəssisə son xəbərdarlıq edib
İtaliya A seriyasının 26-cı turunda “Verona”ya qarşı matçın İnzaqi üçün son şans olduğu bildirilir. “Milan” bu oyunda qələbə qazanmayacağı təqdirdə, onunla yollar ayrılacaq.
Qeyd edək ki, “Milan” hazırda ölkə çempionatında 34 xalla 10-cu pillədədir.
