“Xəzər Lənkəran”ın heyətində daha çox legionerlər yer almasını barədə məlumat almışıq. Bilirik ki, son mövsümdə onlar da bizim kimi ikinci yeri tutublar”.
Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasında “Xəzər Lənkəran”ın rəqibi olan Estoniyanın "Nomme Kalyu" klubunun baş məşqçisi İqor Prins klubun rəsmi saytına açıqlamasında deyib.
O indidən cütün taleyi haqda danışmağın tez olduğunu bildirsə də, “Xəzər Lənkəran”I mübarizədən kənarlaşdırmaq mümkünlüyünü vurğulayıb: “Rəqibimiz məğlubedilməz deyil. Mən komandamın mərhələni adlayacağına inanıram”.
