Ölkəmizi avrokuboklarda təmsil edəcək "İnter" bu gün bir araya gələcək.
Korner.az-ın məlumatına görə, komanda Türkiyədə toplaşacaq. Paytaxt klubu iyunun 12-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.
Bundan sonra futbolçulara 3 günlük istirahət veriləcək. Ayın 15-də isə "İnter" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Sloveniyaya yollanacaq. Bu toplanış isə ayın 29-dək davam edəcək.
