Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq proqramında dəyişiklik olub.
Korner.az-ın məlumatına görə, komandamızın iyunun 20-də İstanbulda bir araya gəlməsi gözlənilsə də, onlar Bakıda yığışıblar.
Belə ki, millimiz Türkiyəyə yollana kimi paytaxtda hazırlıq keçməyə qərar verib. Bu toplanışa əsasən yerli basketbolçular cəlb olunub.
Qeyd edək ki, 20 günlük məşqlərdən sonra İstanbula yola yığmamız burada 15 günlük hazırlıq keçəcək və 3-4 yoldaşlıq oyununda güclərini yoxlayacaq. Burada isə amerikalı legionerlərimiz istisna olmaqla, komandamızın digər üzvləri hamısı düşərgədə olacaqlar.
